Bizim futbol

Ziya Əzizov zədəsindən danışdı

Hollandiyanın "Den Boş" klubunda forma geyinən azərbaycanlı futbolçu Ziya Əzizov ilk turu buraxmalı oldu

Hollandiyanın "Den Boş" klubunda forma geyinən azərbaycanlı futbolçu Ziya Əzizov ilk turu buraxmalı oldu.

Buna səbəb futbolçunun komandasının yoxlama oyunlarından birində aldığı zədəsini hələ də tam sağaltmamasıdı. Dsport.az saytına hazırkı durumu barədə danışan Ziya artıq məşqlərə başladığını bildirib: 

"Şükür Allaha, yavaş-yavaş ayağım düzəlir. Hər gün məşqə gedirəm. Ancaq fizioterapevtlərin nəzarəti altında məşq edirəm. Tam sağalmamışam deyə, oyunlara çıxmaq olmaz. Əzələ yırtılıb deyə, ağır məşqlərə icazə vermirlər. Tezliklə meydanlara qayıdacağımı güman edirəm".