Bizim futbol

Böyükağa Hacıyev: "Neftçi"dən təklif gəlsə, fikirləşmədən cavab verə bilmərəm"

Elxan Abdullayevin "Neftçi" klubundan ayrılmasından sonra baş məşqçi vəzifəsinə namizədlərdən biri Böyükağa Hacıyev hesab olunur.

Elxan Abdullayevin "Neftçi" klubundan ayrılmasından sonra baş məşqçi vəzifəsinə namizədlərdən biri Böyükağa Hacıyev hesab olunur. 

Dsport.az-a açıqlamasında "ağ-qaralar"ın sabiq çalışdırıcısı, Məşqçilər Komitəsinin üzvü "Neftçi"dən təklif gələcəyi halda fikirləşməyin lazım olduğunu deyib: "Neftçi" Azərbaycan futbolunun tarixidi. Bu klub karyeramda xüsusi yer tutur. Ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsinə adlamışıq. "Neftçi" həmişə sevilib və seviləcək. Hər bir məşqçi bu komandada işləmək istəyər. Təklif olacağı halda düşünüb cavab vermək olar. Düşünmədən cavab verə bilmərəm. Komanda hazırda yaxşı vəziyyətdə deyil. Son oyunlar göstərdi ki, ciddi islahatlara ehtiyac var".

Həmkarının istefası barədə danışmaq istəməyən Böyükağa Hacıyev Elxan Abdullayevin qərarına hörmətlə yanaşmağın vacib olduğu söylədi: "Onun qərarına şərh vermək istəməzdim. "Neftçi"də işləmək həmişə çətin olub. Bu, adi klub deyil. Zaman hər bir məşqçinin işinə qiymət verir. İndi "Neftçi" ciddi müalicəyə ehtiyacı olan "xəstə"yə oxşayır. Yaxşı həkim - məşqçi tapılmasa bu böhrandan çıxmaq mümkün olmayacaq".

Qeyd edək ki, "Neftçi" Böyükağa Hacıyevin rəhbərliyi altında Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda iki dəfə ölkə çempionu olub və Azərbaycan Kubokuna layiq görülüb.