Bizim futbol

Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin tanınmış uşaq məşqçisi Həmdi Serpil Tüzünlə görüşüb.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin tanınmış uşaq məşqçisi Həmdi Serpil Tüzünlə görüşüb. 

Dsport.az Ağdam klubunun rəsmi saytına istinadla xəbər verir ki, vaxtilə "Qarabağ"da çalışmış Serpil Tüzünün yorğunluqla əlaqədar, səhhətində problem yaranıb.  Bundan xəbər tutan Tahir Gözəl məşqçini ziyarət edib. O, Tüzünlə "Qarabağ"dan, onun verdiyi xidmətlərdən danışıb. Məşqçinin səhhəti ilə maraqlanan vitse-prezident ona şəfa diləyib.

Həmdi Serpil Tüzün 2004-cü ildə “Qarabağ”ın uşaq futbol akademiyasına dəvət olunub. Məhz onun rəhbərliyi altında Ağdam klubu ilk dəfə müxtəlif yaş qrupları üzrə seçimlər edib. Bu seçimlərə Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev kimi futbolçular qatılıb. Serpil Tüzün 2005-ci ildə işinin ilk mərhələsini uğurla başa vuraraq Türkiyəyə qayıdıb və 2010-cu ildə yenidən “Qarabağ”a dəvət olunub. Hazırda əsas komandada çıxış edən Eltun Turabov, Zaur Fərzəliyev, Məmməd Hüseynov və Turan Manafov kimi gənclərin önünü açan da məhz Tüzün olub. O, 2012-ci ildə şəxsi problemləri ilə əlaqədar, Azərbaycanı tərk etmək qərarına gəlib.