Bizim futbol

“Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Ağdam klubu ilə hələ 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb. 

Dsport.az xəbər verir ki, bu video klubun saytında yer alıb. O vaxt UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzmuşdu. 

“Bu dəfə “Qarabağ”a qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdı” - deyə saytdakı yazıda bildirilib. 

Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə avqustun 23-də keçiriləcək.