Bizim futbol

"Qəbələ"dən 600-cü qol

"Qəbələ” tarixində 600-cü qolu vurub.

"Qəbələ” tarixində 600-cü qolu vurub. 

Dsport.az xəbər verir ki, bu tarixi qol Topaz Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. 40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb. 

Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, Birinci Divizionda oynadığı vaxt keçirən komanda Premyer Liqada 409, aşağı divizionda 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

1-ci qol – İlqar İbrahimov (öz qapısına)
21.09.2005. “Göy-Göl” – “Şərur” – 8:0 (Birinci Divizion)

100-cü qol – Vitali Balamestnı
07.04.2007. Gilan” – “Simurq” – 3:1 (Premyer Liqa)

200-cü qol – Tomaş Stolpa
20.11.2009. “Standard” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

300-cü qol – Viktor Mendi
29.04.2012. “Qəbələ” – “Bakı” – 4:0 (Premyer Liqa)

400-cü qol – Dodo
13.09.2014. “Simurq” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

500-cü qol – Sergey Zenyov
19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2 (Premyer Liqa)

600-cü qol – Tellur Mütəllilmov
20.08.2017. “Qəbələ” – “Sumqayıt” – 1:0 (Premyer Liqa)