Bizim futbol

“Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi

“Səbail” müdafiəçi Emin Cəfərquliyevlə yollarını ayırıb

“Səbail” müdafiəçi Emin Cəfərquliyevlə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə Premyer Liqanın debütantı olan paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu Emin Cəfəqrquliyev şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə "Səbail" rəhbərliyinə müraciət edib. Futbolçunun müraciəti müsbət qarşılanıb və müqaviləyə xitam verilib.

Qeyd edək ki, Cəfərquliyev “Səbail”in bu yay transfer etdiyi futbolçulardan biri idi. 27 yaşlı müdafiəçinin yeni müqavilə imzaladığı debütantla yollarını qısa müddət sonra ayırmasının əsl səbəbi isə bilinmir.