Bizim futbol

"Neftçi" Əhmədova tapşırıldı

"Neftçi” Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək.

"Neftçi” Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək. 

Dsport.az xəbər verir ki, komandanı bu oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də "Bakcell Arena”da keçiriləcək.