Bizim futbol

Cavid Tağıyev: "Buraxdığımız qolda mənim də səhvim var idi"

"Sumqayıt"ın yarımmüdafiəçisi Cavid Tağıyev Dsport.az-a açıqlama verib

"Sumqayıt"ın yarımmüdafiəçisi Cavid Tağıyev Dsport.az-a açıqlama verib: 

"Çətin oyun olacağını bilirdik. İlk hissədə buraxdığımız qolda mənim də səhvim var idi. Şanslarımızdan yararlansaydıq, yaxşı nəticə qazana bilərdik. İlk hissədə bir neçə şansımız oldu. Fasilədən sonra isə oyunumuz alınmadı. Bu matçda istədiyimizi edə bilmədik. “Zirə” ilə oyuna hazırlaşacağıq. Bu oyunda da ilk turdakı istək olsaydı, sərfəli hesabla geri qayıda bilərdik. “Sumqayıt” üçün çalışıram. Komanda üçün oynayıram və mübarizə aparıram. 1 illik müqaviləm var. Sazişim başa çatandan sonra təklifləri dəyərləndirəcəm".