Bizim futbol

Cavadovla Əhmədova çatdı, Əliyevi arxada qoydu

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov “Qarabağ”da yubiley qolunu vurub

Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov “Qarabağ”da yubiley qolunu vurub. 

Dsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2-ci turunun “İnter”lə qarşılaşmasının (1:0)  taleyini vurduğu qolla həll edən yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 30-cu dəfə fərqlənib.

“Qarabağ”da 213-cü matçını keçirən Əfran “İnter”lə görüşədək 29 qol vurmuşdu. O, çempionatda 21, kubokda 2, avrokuboklarda 7 dəfə fərqlənib.

Əfran “Qarabağ”ın tarixində 30 və daha çox qol vuran 17-ci futbolçudu. O, bu qədər qol vuran Vaqif Cavadovla Tərlan Əhmədova çatıb. Bu “üçlük” 15-17-ci yerləri bölüşür. Bunadək 29 qol vuran İsmayılov eyni sayda uğuru olan Rauf Əliyevi arxada qoyub.

Qeyd edək ki, Əfranın “Qarabağ”dakı orta məhsuldarlığı 0,14-dü. Apasport