Bizim futbol

Tellur Mütəllimov: "Tək "Qarabağ" yox, bütün klublar rəqibimizdi"

"Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov Topaz Premyer Liqasının 2-ci turunda "Sumqayıt" üzərində qələbə qazandıqları oyundan (1:0) sonra Dsport.az saytına müsahibə verib:

"Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov Topaz Premyer Liqasının 2-ci turunda "Sumqayıt" üzərində qələbə qazandıqları oyundan (1:0) sonra Dsport.az saytına müsahibə verib:

- Matçla bağlı nə deyəcəksən?
- Şadam ki, qalib gəldik və qələbədə mənim də payım oldu. Bu mövsüm ilk oyunuma çıxdım və qol vurdum. Çalışacam ki, qollarımın davamı gəlsin.

- İlqar Qurbanovun gəlişindən sonra ehtiyata düşmüsən...
- Mən zədəliydim və cəmi 15 gündü ki, məşq edirəm. Baş məşqçi kimi oynadar, öz işidi. İlqar da qardaşımdı.

- "Qəbələ"nin cari mövsümdə çempionluq şanslarını necə görürsən?
- Hər bir komandaya qarşı oynamaq çətindi. Ad çəkmək istəmirəm, ancaq ötən il 1-2 komanda var idi ki, asan rəqiblər sayılırdı. Bu il isə belə deyil. Hamı bir-birinə başağrı ola bilər.

- Çempionluq yolunda əsas rəqibiniz hansı komandadı?
- Bütün komandalar bizim rəqibimizdi, təkcə "Qarabağ" deyil.

- Qarşıdakı turda elə "Qarabağ"la oynayırsız. Görüş barədə nə düşünürsən?
- Bu oyuma maksimum dərəcədə ciddi hazırlaşacağıq. Çünki istəyimiz qalib gəlməkdi. Amma "Qarabağ" da elə-belə komanda deyil. Məlum məsələdi ki, ağır olacaq.