Bizim futbol

"Bir neçə futbolçumuz zəif oynadığı üçün uduzduq"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:

"İlk səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oldu. Bəzi oyunçularımız sanki meydanda yox idilər. Bu, bizə çətinlik yaratdı. Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Biz bunu gözləyirdik. Amma buna baxmayaraq, inanırdıq ki, sərfəli nəticə qazana bilərik. Təəssüf ki, bir neçə futbolçumuz zəif oynadığı üçün istədiyimiz nəticəni əldə edə bilmədik".