Bizim futbol

"Qəbələ" Qurbanovu itirdi

Premyer Liqanın 2-ci turunun qapanış matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşır

Premyer Liqanın 2-ci turunun qapanış matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşır. 

Dsport.az xəbər verir ki, bölgə təmsilçisi üçün bu oyun o qədər də uğurlu başlamayıb. Belə ki, matçın əvvəlindəcə meydan sahiblərinin müdafiəçisi İlqar Qurbanov ayağından zədə alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, meydana qayıda bilməyib və 12-ci dəqiqədə Tellur Mütəllimovla əvəzlənib.

İlqarın zədəsinin nə dərəcədə ciddi olduğuna isə sabah ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.