Bizim futbol

Pərdis Fərcad-Azad: "Yenidən milliyə qayıtmaq istəyirəm"

"Son dəqiqələrdə yorulduq deyə, diqqətimizi də itirdik. Çox məyus olduq. Çünki yaxşı mübarizə apardıq, vuruşduq. Son dəqiqədə qol buraxmaq hər zaman üzücü olur. "Qarabağ"la oynamaq çox çətindi. Mən özüm də əlimdən gələni etdim"

"Son dəqiqələrdə yorulduq deyə, diqqətimizi də itirdik. Çox məyus olduq. Çünki yaxşı mübarizə apardıq, vuruşduq. Son dəqiqədə qol buraxmaq hər zaman üzücü olur. "Qarabağ"la oynamaq çox çətindi. Mən özüm də əlimdən gələni etdim". 

Bu sözləri Dsport.az-a açıqlamasında "İnter"in hücumçusu Pərdis Fərcad-Azad deyib. Forvardın fikrincə, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq: 

"Yaxşı vuruşduq, ancaq son dəqiqədə qol buraxdıq deyə adam əsəbləşir. Halbuki qol buraxandan sonra da Elnur Abdullayevin qol epizodu oldu. Ancaq "Qarabağ"ın qapıçısı qola imkan vermədi. 

"Qarabağ" yaxşı komandadı və mən inanıram ki, "Kopenhagen"i də keçib Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Arzulayıram ki, "Qarabağ" bunu bacarsın. Çünki bu, Azərbaycan futboluna da xeyirdi".

Pərdis yenidən milli komandaya dəvət olunmaq istədiyini də gizlətməyib: "Çalışıram ki, yaxşı oynayım. Amma hələ də artırmalıyam. Qollar vuraraq komandama kömək olmaq istəyirəm. Hamı millidə oynamağı arzulayır. Mən də millidə oynamışam. Yenidən milliyə qayıtmaq istəyirəm. Ancaq əvvəl yaxşı performans göstərmək lazımdı. Məhz bundan sonra milliyə düşmək olar".