Bizim futbol

"Neftçi" "Səbail"in tarixinə düşdü

Topaz Premyer Liqasının 2-ci turunun açılış matçında "Səbail" "Neftçi"ni qəbul etdi.

Topaz Premyer Liqasının 2-ci turunun açılış matçında "Səbail" "Neftçi"ni qəbul etdi.

Dsport.az xəbər verir ki, elitanın debütantı üçün "ağ-qaralar"la görüş uğurslu alındı. Belə ki, hər kəs matçın qolsuz bitəcəyini düşündüyü bir vaxtda səhnəyə çıxan "Səbail"in türkmənistanlı legioneri Elman Taqayev fantastik zərbə ilə qonaq komandanın qapısına yol tapdı. Nəticədə, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Bu, Premyer Liqamızın debütantının elitada ilk qələbəsi kimi tarixə düşdü. Səbailin eyni adlı təmsilçisi milli çempionatımızdakı debüt matçında "Zirə"yə 1:2 hesabıyla uduzmuşdu.

"Səbail"in "Neftçi" üzərindəki qələbəsi daha bir maraqlı məqamla yadda qaldı. Belə ki, debütantın baş məşqçisi Samir Əliyev vaxtilə "ağ-qaralar"a həm futbolçu, həm də məşqçi kimi xidmət edib. Lakin "Neftçi" rəhbərliyi ona baş məşqçi kimi elə də çox güvənməmişdi. Əliyev bu qələbə ilə sabiq klubuna da bir növ mesaj göndərdi.