Bizim futbol

"Neftçi" azarkeşləri yenə istefa tələb etdi

Topaz Premyer Liqasının 2-ci turunun açılış matçında "Neftçi" səfərdə "Səbail"lə qarşılaşdı

Topaz Premyer Liqasının 2-ci turunun açılış matçında "Neftçi" səfərdə "Səbail"lə qarşılaşdı.

Dsport.az xəbər verir ki, elitanın debütantı ilə qarşılaşma "ağ-qaralar" üçün uğursuz alındı. Belə ki, hər kəs matçın qolsuz bitəcəyini düşündüyü bir vaxtda səhnəyə çıxan "Səbail"in türkmənistanlı legioneri Elman Taqayev fantastik zərbə ilə qonaq komandanın qapısına yol tapdı. Nəticədə, qarşılaşma "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

"Səbail"in hesabı açması matçı izləməyə gələn qonaq komandanın azarkeşlərinin də səbr kasasını daşırdı. Belə ki, onlar dərhal komandanın baş məşqçisi Elxan Abdullayevi istefaya səsləməyə başladılar.