Bizim futbol

"Zirə"nin yeni transferi Hindistan klubuna gedir

“Zirə”nin futbolçusu Kerven Belfor Hindistan klubundan təklif alıb

“Zirə”nin futbolçusu Kerven Belfor Hindistan klubundan təklif alıb.

Dsport.az xəbər verir ki, Haiti yığmasının hücumçusu bu ölkənin “Jamşedpur” klubuna keçir. Bu barədə klubun rəsmi “Tvitter” hesabında məlumat verilib.

Xatırladaq ki, Belfor bu yay "Zirə"yə transfer olunub. 

Lakin "Zirə"nin baş məşqçisi Ayxan Abbasov sözügedən oyunçunun Hindistan klubuna keçidinin məhz onların verəcəyi qərardan asılı olduğunu diqqətə çatdırıb. O, Sport24.az-a açıqlamasında bunları söyləyib:

"Belfortun Hindistan klubuna tranferi gündəmdədi. Ancaq məsələ hələ rəsmiləşməyib.  Hindistan klubundan rəsmi təklif almışıq. Biz onlara fikrimizi demişik. Belfor sərbəst gedə bilməz. Çünki onun "Zirə"ylə müqavləsi var. Buna görə hindistanlılar transferə görə müəyyən məbləğdə təzminat ödəməlidilər. Əks halda keçid mümkün deyil. Belforun da fikrini öyrənmişik. Futbolçu üçün də sərfəli təklifdi və biz onu başa düşürük. Buna görə də Hindistan klubuna gedişinə əngəl törətmirik. Ancaq transferi onu istəyən klubun maddi şərtləri yerinə yetirməsindən asılı olacaq. Biz hələ ki, cavab gözləyirik. Avqustun 31-də "transfer pəncərəsi" bağlanana kimi vaxtımız var".

Abbasov Belforun hazırda düşərgədə olduğunu bildirib: "Onu "Kəpəz"lə səfər matçına aparırıq. İnşallah, sabahkı oyunda meydana çıxacaq".

İyunda "Zirə"yə keçən 25 yaşlı Belfor yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarında olacaq.