Bizim futbol

"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırıldı

Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ  oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.

Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib. Təcrübəli futbolçu seçmə mərhələnin əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb. İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də keçiriləcək. Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb. Bu isə o deməkdir ki, Ağdam klubunun futbolçuları millilərinin heyətində üz-üzə gələ bilər.