Basketbol

NBA: Coş Smit "Klippers"də

"Hyuston"un forvardı Coş Smit karyerasını "Klippers"də davam etdirəcək.

"Hyuston"un forvardı Coş Smit karyerasını "Klippers"də davam etdirəcək.

NBA-nın rəsmi saytının xəbərinə görə, ulduz basketbolçu Los Anceles klubu ilə 1 illik anlaşıb. O, bu müddət ərzində 1,5 milyon dollar qazanacaq.

Geridə qalan mövsümdə "Hyuston" formasıyla 55, "Detroyt"da isə 28 matça çıxan Smit 12,4 xal, 6,4 ribaund, 3,3 assist və 1,4 blok-şot ortalamalarıyla yadda qalmışdı.