Basketbol

"San Antonio" Avroliqanın ən yaxşı mərkəz oyunçusunu transfer etdi

"San Antonio" daha bir basketbolçunu heyətinə qatıb.

"San Antonio" daha bir basketbolçunu heyətinə qatıb.

"Spörs"ün rəsmi saytının xəbərinə görə, Boban Maryanoviçlə müqavilə imzalanıb. Keçidin detalları barədə məlumat verilmir.

Maryanoviç keçən mövsümü "Srvena Zvezda"nın heyətində keçirmişdi. 16,6 xal, 10,7 ribaund və 0,9 blok-şot ortalamalarıyla yadda qalan serb basketbolçu Avroliqada mövsümün ən yaxşı mərkəz oyunçusu seçilmişdi.