Basketbol

NBA çempionu kikboksçu oldu

Sabiq NBA oyunçusu Darko Miliçiç 18 dekabrda professional kikboks karyerasına start verəcək.

"Sportando"nun xəbərinə görə, o, "Soul Night of Champions" çərçivəsində Radovan Radoyçinlə döyüşəcək. Bu, Miliçiçin kikboksçu kimi ilk döyüşü olacaq.

Serb basketbolçu 2003-cü il NBA draftında ikinci sıradan seçilmişdi. Onun böyük NBA ulduzu olacağı gözlənilirdi. Miliçiç hətta 2004-cü ildə "Detroyt"un heyətində çempionluq da yaşamışdı.