Basketbol

NBA: "Memfis" "Qolden Steyt"in seriyasına son qoydu, "Mayami" "Bruklin"ə qalib gəldi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da ümumilikdə 6 qarşılaşma keçirilib. Gecənin mərkəzi matçında "Memfis"lə "Qolden Steyt" üz-üzə gəlib. Qərb konfransının iki lideri arasında keçirilən görüşdən "Memfis" qalib ayrılıb. Bununla da "Qolden Steyt"in 16 matçlıq qələbə seriyasına son qoyulub. Digər bir maraqla gözlənilən görüşdə isə "Mayami" "Bruklin"dən üstün olub.

Nəticələrə nəzər salaq:

"Vaşinqton" - "Minnesota" 109-95

"Bruklin" - "Mayami" 91-95

"Memfis" - "Qolden Steyt" 105-98

"Nyu-York" - "Dallas" 87-107

"Nyu-Orlean" - "Yuta" 119-111

"Sakramento" - "Oklahoma" 92-104