Basketbol

NBA: "Portlend" aparıcı basketbolçusunu itirdi

NBA komandalarından "Portlend"in mərkəz oyunçusu Robin Lopes "San Antonio" ilə görüşdə sağ əlindən zədə alıb.

"Yahoo! Sports"un xəbərinə görə, "Bleyzers"in aparıcı basketbolçusu bir ay komandasına kömək edə bilməyəcək.

Bu gün 26 yaşlı oyunçu növbəti dəfə həkim müayinəsindən keçəcək.

Robin Lopes cari mövsümdə 9,6 xal və 7,2 ribaund ortalamaları ilə çıxış edir.