Basketbol

17 yaşlı basketbolçu məşq zamanı dünyasını dəyişdi

ÇSKA-nın gənclərdən ibarət komandasında forma geyən Ruslan Qaqloev vəfat edib.

O, məşq zamanı infarkt keçirib. Klubdan verilən rəsmi açıqlamada Ruslanın birdən-birə yerə yıxıldığı bildirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc basketbolçunun həyatını xilas etmək mümkün olmayıb.

ÇSKA-lı basketbolçuların Avroliqada "Limoj"la oynanılacaq matça qollarında qara sarğı ilə çıxacaqları gözlənilir.