Basketbol

Məşhur mütəxəssis yenidən NBA-ya qayıdır

NBA komandalarından "Sakramento" məşhur məşqçi Corc Karlla yaxından maraqlanır.

"Kinqs" artıq Maykl Melounla yollarını ayırıb və müvəqqəti olaraq komanda Tayron Korbinə həvalə olunub.

Karl təklifin əleyhinə olmadığını bildirib:

"Əgər onlar mənimlə maraqlanırlarsa, bu, alına bilər".

Karl daha öncə "Denver"də hazırda "Sakramento"nun baş meneceri olan Pit D'Alessandro ilə birlikdə çalışıb. Bu, 63 yaşlı məşhur mütəxəssisin "Sakramento"nu çalışdıracağı yönündə çıxan xəbərlərin doğru ola biləcəyinə işarədi.