Basketbol

NBA: Həftənin ən yaxşı oyunçularının kimliyinə aydınlıq gəldi

NBA-da geridə qalan həftənin ən yaxşı oyunçuları açıqlanıb.

Şərq konfransından "Vaşinqton"da çıxış edən Con Uoll sözügedən mükafata layiq görülüb. O, keçən həftə 18,3 xal, 11,8 ribaund və 2,5 top oğurlama ortalamaları ilə çıxış etmişdi.

Qərb konfransının ən yaxşısı isə "Hyuston"un qardı Ceyms Harden olub. Ulduz basketbolçu keçən həftə 34,0 xal, 7,3 asist və 2,67 top oğurlama ortalamaları ilə yadda qalmışdı.