Basketbol

NBA: "Atlanta" "Çikaqo"nu məğlub etdi, son çempion "Portlend"lə bacarmadı (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da ümumilikdə 8 görüş keçirilib.

Şərq konfransının güclü komandalarından olan "Atlanta" "Çikaqo" ilə qarşılaşıb. Ev sahibləri "Bulls"u məğlub edərək pley-offa ön sıralardan qalmaq yolunda böyük addım atıblar. Gecənin mərkəzi matçında isə "Portlend" son çempion "San Antonio"nu qəbul edib. Görüş başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Portlend" 13 xal fərqi ilə qalib gəlib.

Ümumi nəticələrə nəzər salaq:

"İndiana" - "Leykers" 110-91

"Klivlend" - "Şarlott" 97-88

"Filadelfiya" - "Boston" 87-105

"Atlanta" - "Çikaqo" 93-86

"Toronto" - "Orlando" 95-82

"Finiks" - "Miluoki" 94-96

"Portlend" - "San Antonio" 108-95

"Klippers" - "Detroyt" 113-91