Basketbol

Stiv Kerr: "Çikaqo"nun rekordunu qıra bilmərik"

Ötən gecə "Nyu-Orlean"ı 128-122 hesabı ilə məğlub edərək ard-arda 16-cı qələbəsini qazanan "Qolden Steyt"in cari mövsümdəki uğurlu çıxışı davam edir.

Mətbuat nümayəndələri "Uorriors"un baş məşqçisi Stiv Kerrə "Çikaqo"nun 1995-96 mövsümündə qırdığı rekordun yenidən təkrarlanıb-təkrarlanmayacağı barədə suallar veriblər. Kerr isə bunun mümkünsüz olduğunu bildirib:

"72 oyundan qalib ayrılmaq? Yox, bu mümkün deyil.

Bizim komandamızda Maykl Cordan adlı oğlan var idi. Səhv etmirəmsə, biz 41 qələbə, 3 məğlubiyyətlə mövsümə başlamışdıq. Əgər "Uorriors" növbəti 22 matçda 21 qələbə qazansa, bu məsələ barədə danışarıq.

Yadımdadı, həmin mövsüm hardasa 10 matçda Maykl Cordan qalib gələcəyimizlə bağlı qərar vermişdi. O, sadəcə deyirdi: "Biz bu gün qalib gəlməliyik". Bu sözdən sonra başqa bir komandanın bizə qarşı şansı ola bilməzdi. Maykl Cordandan bir də olmayacaq. Heç kəs onun səviyyəsinə çata bilməz".

1995-96 mövsümündə Çikaqo mövsümü 72 qələbə, 10 məğlubiyyətlə başa vurmuşdu. Bu, NBA tarixində rekord nəticə hesab olunur. "Qolden Steyt"in baş məşqçisi Stiv Kerr o zaman "Çikaqo"da çıxış edirdi.

Hazırda "Uorriors"un aktivində 21 qələbə, 2 məğlubiyyət var.