Basketbol

NBA: Kobe Brayant Maykl Cordanı keçdi

"Leykers"in ulduz basketbolçusu Kobe Brayant karyerası ərzində topladığı xalların sayına görə Maykl Cordanı geridə qoyub.

Brayant "Minnesota" ilə görüşün ikinci periodunda atdığı foul atışlarının ardından canlı əfsanəni keçib. Hazırda onuna aktivində 32 310 xal var. Maykl Cordan isə karyerası ərzində 32 292 xal toplayıb.

Brayant NBA tarixinin ən məhsuldar basketbolçuları sırasında yalnız Kərim Əbdül-Cabbar və Karl Meloundan geri qalır.