Basketbol

NBA: "Çikaqo" "Mayami"ni məğlub etdi, "Qolden Steyt" 16-cı dəfə ard-arda (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

NBA-da bu gecə ümumilikdə 7 görüş keçirilib. Gərgin mübarizə şəraitində keçəcəyi gözlənilən matçda "Mayami" "Çikaqo"nu qəbul edib. Ancaq gözləntilərin əksinə, qonaqlar oyun boyu üstünlüyə malik olublar. "Çikaqo" 18 xal fərqi ilə qalib gəlib. "Oklahoma" "Finiks"i məğlub edib. "Qolden Steyt" overtayma gedən matçda "Nyu-Orlean"ı məğlub edərək qələbə seriyasını 16 matça çıxarıb. Son çempion "San Antonio" isə "Denver"dən üstün olub.

 Ümumi nəticələrə nəzər salaq:

"Vaşinqton" - "Yuta" 93-84

"Mayami" - "Çikaqo" 75-93

"Nyu-Orlean" - "Qolden Steyt" 122-128 (overtaym)

"Minnesota" - "Leykers" 94-100

"Oklahoma" - "Finiks" 112-88

"Nyu-York" - "Toronto" 90-95 (overtaym)

"Denver" - "San Antonio" 91-99