Basketbol

Avroliqa: IX turun ən dəyərli oyunçusunun kimliyinə aydınlıq gəldi

Kişi basketbolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Avroliqada IX turun ən dəyərli oyunçusu müəyyənləşib.

Həftənin MVP-si "Bavariya"nın forvardı Duşko Savanoviç seçilib. "Turov"la görüşdə 31 xal, 6 ribaund və 2 asistlə yadda qalan serb basketbolçu komandasının qələbəsində böyük rol oynamışdı.

Onun effektivliyi 37 balla qiymətləndirilib. İkinci pillədə "Barselona"lı Deşon Tomas (31 bal) qərarlaşıb.