Basketbol

NBA oyunçusu 31 yaşında məzun oldu

NBA komandalarından "Bruklin"in qardı Carret Cek Corciya Texnologiya Universitetini bitirib.

"The Nets Daily"nin xəbərinə görə, 31 yaşlı basketbolçu "Filadelfiya" ilə oyundan sonra Atlantaya yola düşüb. O, Atlantada valideynləri ilə görüşüb və onlara 10 il öncə verdiyi sözü yerinə yetirdiyini sübut edib.

Carret Cek biznes inzibatçılığı ixtisasına yiyələnib.