Basketbol

NBA: "Klippers" "Miluoki" ilə bacarmadı, "Memfis" sürprizə imkan vermədi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da növbəti görüşlər keçirilib. Favoritlərdən "Klippers" səfərdə "Miluoki"nin qonağı olub. Los Anceles klubu "Baks"a məğlub olub. "Memfis" isə liqanın autsayderi "Filadelfiya ilə qarşılaşıb. Görüş gözlənilənin əksinə, gərgin mübarizə şəraitində keçib. Qalib overtaymda müəyyənləşib. "Memfis" sürprizə imkan verməyib və növbəti qələbəsini aktivinə yazdırıb. "Dallas"ı məğlub edən "Qolden Steyt" isə ard-arda 15-ci qələbəsini qazanıb.

Ümumi nəticələrə nəzər salaq:

"Dallas" - "Qolden Steyt" 98-105

"İndiana" - "Portlend" 85-95

"Orlando" - "Atlanta" 100-99

"Şarlott" - "Bruklin" 87-114

"Miluoki" - "Klippers" 111-106

"Filadelfiya" - "Memfis" 115-120 (overtaym)

"Hyuston" - "Denver" 108-96

"Sakramento" - "Detroyt" 90-95