Basketbol

Avroliqa: "Real" italyan klubunu darmadağın etdi, "Anadolu Efes" uduzdu

Kişi basketbolçular arasında keçirilən və Avropanın ən aparıcı turniri hesab olunan Avroliqada IX tura yekun vurulub.

Ötən gün ümumilikdə 6 görüş keçirilib. Favoritlərdən "Real" səfərdə İtaliya təmsilçisi "Sassari"ni darmadağın edib. İspan klublarının duelindən "Laboral Kutça" qalib ayrılıb. "Anadolu Efes" isə doğma meydanda "Nijniy Novqorod"a uduzub.

Nəticələrə nəzər salaq:

UNİKS - "Jalqiris" 73-60

"Anadolu Efes" - "Nijniy Novqorod" 61-65

"Limoj" - "Alba" 65-71

"Laboral Kutça" - "Valensiya" 93-89

"Sassari" - "Real" 58-83

"Olimpiakos" - "Srvena Zvezda" 64-59