Basketbol

Dünya çempionatı harda keçiriləcək?

FIBA basketbol üzrə növbəti 2 Dünya çempionatına (DÇ-2019 və DÇ-2023) ev sahibliyi edəcək 6 namizəd ölkənin siyahısını açıqlayıb.

FIBA mərkəzində keçirilən iclasda namizədlərin sayı 6-a endirilib. Sözügedən ölkələrin siyahısına Türkiyə, Çin, Almaniya (Fransa ilə birgə keçirilməsi planlaşdırılır), Filippin və Qətər daxildi.

6 namizəd 15-16 dekabr tarixlərində müxtəlif sınaqlara qatılacaqlar və layihələri barədə FIBA-nı məlumatlandıracaqlar. Yekun qərar isə 2015-ci il, 18-19 iyun tarixlərində veriləcək.