Basketbol

Kobe Brayant: "İndi bildim ki, biz niyə bu qədər çox uduzuruq"

"Leykers"in ulduz basketbolçusu Kobe Brayant baş menecer Mitç Kapçaka müraciət edən komanda yoldaşlarını tənqid edib.

Brayant bu barədə ESPN-ə danışıb:

"İndi bildim ki, biz niyə bu qədər çox uduzuruq. "Charmin" (tualet kağızı satışı ilə məşğul olan firma) kimi yumşağıq. Bu zavallı adamlar mənə heç nə edə bilməzlər.

Hadisələrin sonrakı axarını görmək üçün bəzən onları təhrik edirəm. Həmişə fikirləşmişəm ki, onları hovuza atmaq lazımdır ki, üzüb-üzə bilmədiklərini görə bilim".

Los Anceles klubunun məşqi zamanı Kobe Brayant Nik Yanqa qarşı oynayıb. Bu zaman o, "heç kəsin məni tutmağa gücü çatmaz" deyərək qışqırırmış. Hadisənin ardından Yanq Ceremi Lin və Cordan Klarksonu da Kobeyə qarşı qaldırıb və üçlü baş menecerə Kobe Brayantdan şikayət ediblər.