Basketbol

Avroliqa: "Fənərbağça" "Barselona"nı, ÇSKA isə "Unixaka"nı son saniyələrdə məğlub etdi

Kişi basketbolçular arasında keçirilən və Avropanın ən əsas turniri hesab olunan Avroliqada IX tur həyəcanı davam edir.

Ötən gün ümumilikdə 5 görüş keçirilib. Turun mərkəzi matçında "Barselona" "Fənərbağça"nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi overtaymda müəyyənləşib. Sona 3 saniyə qalmış Nemanya Beliça İstanbul klubuna qələbə qazandırıb.

Digər bir maraqla gözlənilən matçda isə ÇSKA "Unikaxa"nın qonağı olub. 20 xal geriyə düşməsinə baxmayaraq, toparlanan ordu klubu overtaymın son saniyələrində Nando De Kolonun basketi ilə qələbəni bayram edib.

Ümumi nəticələrə nəzər salaq:

"Çedevita" - "Makkabi" 71-82

"Bavariya" - "Turov" 95-89

"Armani Milano" - "Panatinaikos" 66-64

"Barselona" - "Fənərbağça" 89-91 (overtaym)

"Unikaxa" - ÇSKA 75-76 (overtaym)