Basketbol

NBA: "Oklahoma" Lebronsuz "Klivlend"i məğlub etdi, "Hyuston" overtaymda qələbə qazandı (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da növbəti görüşlər keçirilib. Gecənin mərkəzi matçında "Oklahoma" ulduzlar toplusu "Klivlend"i qəbul edib. "Kavalyers"in heyətində Lebron Ceymsin oynamaması nəticəyə təsirini göstərib. "Tander" 9 xal fərqi ilə qalib gəlib.

"Sakramento" - "Hyuston" görüşünün qalibi isə overtaymda müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən oyundan qonaqlar qalib ayrılıblar.

"Oklahoma" - "Klivlend" 103-94

"Sakramento" - "Hyuston" 109-113 (overtaym)