Basketbol

NBA: "Hyuston"un ulduz basketbolçusu qayıdır

"Hyuston"un ulduz basketbolçusu Duayt Hovard şənbə günü "Denver"lə oynanılacaq matçda meydana qayıtmağa hazırlaşır.

Məşhur mərkəz oyunçusu diz bağlarındakı zədə səbəbindən 17 noyabdran bu yana komandasına kömək edə bilmir. Onun yoxluğunda "Hyuston" qərb konfransının liderlərindən uzaq düşüb.

Cari mövsümdə 10 matçda meydana çıxan Hovard 18,8 xal, 11,3 ribaund və 2,3 blok-şot ortalamları ilə çıxış edir.