Basketbol

Debütant məşqçi NBA tarixinə düşdü

"Qolden Steyt"in baş məşqçi postunda ilk ilini keçirən Stiv Kerr mövsümün ən yaxşı startını edən debütant-məşqçi kimi NBA tarixinə düşüb.

Xəbər verdiyimiz kimi, ötən gecə "Qolden Steyt" "Hyuston"u məğlub edərək qərb konfransındakı liderliyini daha da möhkəmləndirib.

Oklend təmsilçisi cari mövsümdə keçirdiyi 21 matçın 19-dan qalib ayrılıb. Daha öncə NBA-da ilk ilini keçirən heç bir məşqçinin komandası belə bir nəticə göstərə bilməyib.