Basketbol

NBA: "Qolden Steyt" yeni arenasının dizaynını təqdim etdi

NBA komandalarından "Qolden Steyt" 2018-ci ildən etibarən ev oyunlarını keçirəcəyi yeni arenasının dəyişilmiş dizaynını təqdim edib.

Arenanın ilkin eskizləri sentyabr ayının sonunda hazırlanmışdı. Lakin sonradan stadionun yuxarıdan nəhəng unitaza bənzədiyinin ortaya çıxması bütün planları alt-üst etmişdi.

Bunun ardından klub rəhbərliyi layihəni nisbətən dəyişdirməyə məcbur olmuşdu.