Basketbol

NBA: Rondo cari mövsümdəki üçüncü tripl-dablını reallaşdırdı

"Boston"un point-qardı Rejon Rondo "Şarlott"la qarşılaşmada tripl-dabl edib.

32 dəqiqə meydanda qalan ulduz basketbolçu qarşılaşmanı 12 xal, 10 ribaund və 10 asistlə tamamlayıb. Bu, Rondonun cari mövsümdə 3-cü, ümumilikdə isə 32-ci tripl-dablıdı.

Rondonun möhtəşəm çıxışına baxmayaraq, "Boston" "Şarlott"a 87-96 hesabı ilə uduzub.