Basketbol

Avroliqa: "Qalatasaray" yenə uduzdu

Kişi basketbolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Avroliqada IX tura start verilib.

Kişi basketbolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Avroliqada IX tura start verilib. Turun açılış matçında "Neptunas" "Qalatasaray"ı qəbul edib.

Görüş son perioda kimi bərabər mübarizə şəraitində keçib. Ancaq dördüncü hissədə oyun üstünlüyünü ələ keçirən Litva təmsilçisi 10 xal fərqi İlə qalib gələrək növbəti mərhələyə yüksəlmək şanslarını artırıb. "Qalatasaray" isə TOP-16-ya çıxmaq üçün son turda "Olimpiakos"u məğlub etməklə yanaşı, digər matçların nəticələrini də gözləməlidi.

"Neptunas" - "Qalatasaray" 82-72

Bu, İstanbul klubunun Avroliqadakı ard-arda 3-cü məğlubiyyətidi.