Basketbol

NBA: "Nyu-York" bu xəbərlə sarsıldı

NBA komandalarından "Nyu-York"un ulduz basketbolçusu Karmelo Entoni sol dizindəki zədədən əziyyət çəkir.

NBA komandalarından "Nyu-York"un ulduz basketbolçusu Karmelo Entoni sol dizindəki zədədən əziyyət çəkir.

O, ən qısa müddət ərzində klub həkimlərilə vəziyyəti müzakirə edəcək. Karmelonun bir neçə matçlıq fasilə götürəcəyi və meydana çıxmayacağı gözlənilir. "All Star" basketbolçu məsələ barədə danışıb:

"Hazırda hər şey oynaqlarımdakı vəziyyətin nə yerdə olduğundan asılıdı. Bəzən özümü pis edirəm, bəzən də yaxşı. Həkimlər və məşqçilərlə bu məsələni müzakirə edəcəyəm. Sonra özüm üçün ən yaxşı qərarı verəcəyəm".