Basketbol

"Leykers"li basketbolçular da "nəfəs ala bilmirlər"

Son olaraq "Leykers"li basketbolçular "Mən nəfəs ala bilmirəm" aksiyasına qoşulublar.

Son olaraq "Leykers"li basketbolçular "Mən nəfəs ala bilmirəm" aksiyasına qoşulublar.

Onlar oyundan öncəki məşqə üzərində "I can't breathe" yazılan t-şörtlərlə çıxıblar. Daha öncə Derrik Rouz, Lebron Ceyms, Kayri İrvinq, Deron Uilyams, Kevin Qarnet, Carret Cek və Alan Anderson oxşar addıma əl atmışdılar.

Basketbolçular bu hərəkətləri ilə iyul ayında 43 yaşlı afroamerikan Erik Qarneri öldürən Deniel Pantaleo adlı polisin əfv edilməsinə etiraz edirlər.