Basketbol

"Klivlend"in qələbə seriyası davam edir, gecənin sürprizi "Yuta"dan gəldi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da növbəti görüşlər keçirilib. Ulduzlar toplusu "Klivlend"in bu səfərki qurbanı şərq konfransının lideri "Toronto" olub. Bu, "Kavalyers"in ard-arda 8-ci qələbəsidi. Digər bir maraqla gözlənilən matçda "Mayami" səfərdə "Finiks"ə qalib gəlib. Gecənin sürprizinə isə "Yuta" imza atıb. "Cazz" doğma meydan amilindən də istifadə edərək son çempion "San Antonio"nu məğlub edib.

Ümumi nəticələrə nəzər salaq:

"Klivlend" - "Toronto" 105-101

"Detroyt" - "Portlend" 86-98

"Memfis" - "Dallas" 114-105

"Nyu-Orlean" - "Nyu-York" 104-93

"Oklahoma" - "Miluoki" 114-101

"Finiks" - "Mayami" 97-103

"Yuta" - "San Antonio" 100-96

"Leykers" - "Sakramento" 98-95