Basketbol

NBA: "Vaşinqton"dan əzmkar qələbə, "Klippers" Qriffinlə sevindi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da növbəti görüşlər keçirilib. Xüsusilə də "Vaşinqton" - "Boston" matçı gərgin mübarizə şəraitində keçib. Qalib iki overtaym sonunda müəyyənləşib. Nəticədə "Vizards" çətinliklə olsa da qalib gəlməyi bacarıb. Digər bir maraqla gözlənilən qarşılaşma isə "Klippers" və "Finiks" arasında oynanılıb. Bu görüş də overtayma gedib. Overtaymın son saniyəsində Bleyk Qriffin atdığı üçlüklə Los Anceles təmsilçisinə qələbə qazandırıb.

Ümumi nəticələrə nəzər salaq:

"Vaşinqton" - "Boston" 133-132 (overtaym)

"İndiana" - "Atlanta" 92-108

"Bruklin" - "Klivlend" 88-110

"Toronto" - "Denver" 112-107 (overtaym)

"Minnesota" - "Qolden Steyt" 86-102

"Sakramento" - "Yuta" 101-92

"Klippers" - "Finiks" 121-120 (overtaym)