Basketbol

Ulduz basketbolçular aksiyaya qoşuldular: "Nəfəs ala bilmirik"

NBA-da "Klivlend"in ulduzları Lebron Ceyms və Kayri İrvinq, "Bruklin"dən Deron Uilyams, Carret Cek, Alan Anderson və Kevin Qarnet oyundan öncə məşq zamanı "Mən nəfəs ala bilmirəm" t-şörtləri ilə meydana çıxıblar.

Basketbolçular bu hərəkətlərilə polis və 43 yaşlı afroamerikan Erik Qarner arasındakı məlum hadisəyə diqqət çəkmək istəyiblər. Polis məmuru küçədə qanunsuz siqaret satışı ilə məşğul olduğunu əsas gətirərək Qarneri göz altına almışdı. Bu vaxt yaranan gərginlik zamanı polis ona hücum etmişdi və Erik yerə yıxılmışdı. Yerə yıxılan Qarner "Mən nəfəs ala bilmirəm" demişdi. Onun asma xəstəliyi var idi. İyul ayında baş verən bu hadisə Erik Qarnerin ölümü ilə nəticələnmişdi.

Yoldan keçən insanlar tərəfindən çəkilən videonun sosial şəbəkələrdə yayılması hadisənin necə baş verdiyini ortaya çıxarmışdı. Keçən həftə həmin polis məmurunun əfv edilməsi isə insanların etirazını daha da böyüdüb.

Basketbolçulardan ilk olaraq "Çikaqo"nun ulduz qardı Derrik Rouz bu t-şörtlərlə məşqə çıxmışdı.