Basketbol

NBA: Həftənin ən yaxşı oyunçularının kimliyinə aydınlıq gəldi

Şərq konfransından "Toronto"nun qardı Kayl Louri və qərb konfransından isə "Portlend"in forvardı LaMarkus Oldric NBA-da geridə qalan həftənin ən yaxşı oyunçuları seçiliblər.

Şərq konfransından "Toronto"nun qardı Kayl Louri, qərb konfransından isə "Portlend"in forvardı LaMarkus Oldric NBA-da geridə qalan həftənin ən yaxşı oyunçuları seçiliblər.

Louri keçən həftə 29,3 xal, 8,7 asist, 3 ribaund və 1,3 top oğurlama ortalamaları ilə yadda qalıb. Oldric isə 27,0 xal və 11,7 ribaund ortalamaları ilə komandasının oynadığı hər 3 matçda qələbə qazanmasında böyük pay sahibi olub.