Basketbol

Mecik Consondan basketbolçulara mesaj: "Lebron Ceymsi örnək alın"

NBA-nın canlı əfsanələrindən Mecik Conson etdikləri hər hansısa bir yanlış hərəkətin sponsor itkisinə səbəb olacağını düşünərək kameralardan qaçan məşhur basketbolçular haqqında danışıb.

NBA-nın canlı əfsanələrindən Mecik Conson etdikləri hər hansısa bir yanlış hərəkətin sponsor itkisinə səbəb olacağını düşünərək kameralardan qaçan məşhur basketbolçular haqqında danışıb. O, sözügedən oyunçulara Lebron Ceymsi nümunə olaraq göstərib:

"Lebron Ceyms bu işi çox yaxşı bacaran biridi. Digər basketbolçular onu örnək almalıdılar. İnsanların qarşısına daha çox çıxmalıyıq. Onların arasında sülhü yaymaq üçün bunu daha çox etməliyik".

Kameralarla arası yaxşı olan Lebron hətta "Klivlend"i "Mayami"yə dəyişməsini belə ESPN studyasında açıqlamışdı. O, həmçinin siyasi məsələlər haqqında danışmaqdan da çəkinmir.