Basketbol

Lebron Ceymsin "Nyu-York" - "Portlend" matçında nə işi var?

"Klivlend"in ulduz baskebtolçusu Lebron Ceyms ötən gecə oynanılan "Nyu-York" - "Portlend" matçını birbaşa "Madison Square Garden" arenasında canlı izləyib.

"Klivlend"in ulduz baskebtolçusu Lebron Ceyms ötən gecə oynanılan "Nyu-York" - "Portlend" matçını birbaşa "Madison Square Garden" arenasında canlı izləyib.

Ulduz oyunçunun komandası bu gün "Niks"lə qarşı-qarşıya gələcəyindən Lebron bir gün əvvəl Nyu-Yorka gəlib. O, 1 günlük fasiləni dəyərləndirib və yaxın dostu Karmelo Entonini dəstəkləmək üçün "Nyu-York" - "Portlend" matçını canlı izləyib.

Karmelo Lebronun ona dəstək olmasını belə dəyərləndirib:

"Lebronun şəhərdə olduğunu bilirdim. Ancaq oyuna gələcəyini düşünmürdüm. Bu, onun necə insan olduğunu göstərir. Ceyms gəldi və məni dəstəklədi".